XƏBƏRLƏR

Yeməkdən sonra pendir yeyin ki... – FAYDASI
22 SENTYABR
201

Yeməkdən sonra pendir yeyin ki... – FAYDASI

2017-09-22 13:05:00

Pendir yeməyi hər birimiz xoşlayırıq. Xüsusilə səhər naharında bütün süfrələrdə pendir olur. Pendir və pendir növləri günün ən əhəmiyyətli yeməyi olan səhər yeməyinin vacib qidasıdır. Pendir bir qida kimi sevilərək yeyilsə də, onun faydalı xüsusiyyətləri də olduqca çoxdur.

Tibb.fins.az xəbər verir ki, yüksək miqdarda kalsium və fosfor ehtiva edir. Kalsium və fosfor sümük sağlamlığı, sinir və əzələ fəaliyyətləri, böyrək funksiyası üçün lazımlı minerallarla zəngindir. Pendir artıq səhər yeməyi üçün bir vəsait olmaqla yanaşı, ana yeməklərə də daxil olub. Belə ki, mütəxəssislər yeməklərin sonunda da pendir yeməyi tövsiyə edirlər.
Pendirdən mütəmadi istifadə etmək dişlərdə çürüməyə səbəb olan bakteriyaları azaldır. Pendir həm də ağzın içini rahatlaşdırır, dişlərə kalsium dəstəyi verir, mədəni və həzm sistemini yaxşılaşdırır.
 
Pendir ağızdan mədəyə qədər olan bütün həzm sistemində turş mühiti neytrallaşdıraraq qoruyur. Xüsusilə şirniyyatla bitən yeməklərdən sonra yeyilən pendir şirnin mənfi təsirini aradan qaldırır. Odur ki, yeməkdən sonra pendir yeməyi unutmayın.  
 ©Lent

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297