XƏBƏRLƏR

Uşaqların dərs oxumamasına səbəb olan amillər
21 SENTYABR
214

Uşaqların dərs oxumamasına səbəb olan amillər

2017-09-21 17:42:00

Bir çox hallarda uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər.  Əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa,  burada nə isə bir problem var. Mütəxəssislər belə hesab edir ki, bu cür hallar müxtəlif səbəblərdən yarana bilər.  

Psixoloq Nigar Məmmədova Tibb.fins.az -a açıqlamasında bildirir ki, məktəbə qədər olan uşaqlar çox vaxt sərbəst qrafikdə olurlar.  Yəni istədikləri qədər oyunlar oynadığından, məktəbə yollanan zaman problemlər yaşayırlar. Uşağın  məktəbə adaptasiya olunması zamanı isə valideynin üzərinə böyük yük düşür. Psixoloq qeyd edir ki , indiki  dərs sistemində  dərs rejimi ağır olduğundan, bunu qavramaq bəzi uşaqlarda çətinlik yaradır.

Yəni uşaqlar birdən – birə yüklənirlər. Nigar Məmmədovanın sözlərinə görə, hər səhər tezdən oyanıb dərsə getmək,  dərsləri mənimsəməmək – bu onlar üçün ağır bir prosesdir. Hər uşağın qavrama səviyyəsi müxtəlif olduğundan, uşaqların hər birinin fərqli ailədən gəlməsi  də, dərsi eyni qaydada mənimsəməyə maneə törədən amillərdəndir. Psixoloq qeyd etdi ki, uşaqların hər biri  fərqli ailədən gəlir.

Uşaqların bu rejimə alışması üçün valideynlər gündəlik gün rejimi qurmalıdır. Mütəxəssis qeyd edir ki, uşaqları vaxtında qidalandırmaq və yuxu rejiminə əməl etmək  kimi faktorlar,  əsas amillərdəndir. Nigar Məmmədova təəssüf hissi ilə  onu da bildirdi ki, məktəblərdə çox zaman müəllimlər  hər bir uşağa  fərdi  psixoloji yanaşa  bilmirlər. Müəllimənin yanına hazırlığa gələn uşaqlar daha aktiv olduğundan, çox zaman o uşaqlar digərlərindən seçilir. Bu zaman hazırlığa gəlməyən  və müəlim tərəfindən dərsdə keçiləcək dərsi ilk dəfə dinlədiyindən, onun üçün bu çətinlik yaradır. 

Bu zaman uşaq özünü zəif hiss edir. Bu da uşaqlarda psixoloji problem, gərginlik hissi yaradır. Psixoloqun sözlərinə görə, planşet və ya kompyüterə olan maraq da,  uşaqların dərs oxumasına səbəb olur. Nigar Məmmədova hal – hazırda ölkəmizdə hiperaktiv uşaqların çox olduğunu bildirdi və qeyd etdi ki, bu cür uşaqlarda da dərsə maraq olmur. Başlıca səbəb isə həmin uşaqlarda diqqətsizlikdir  ki, buna görə onlar digərləri ilə müqayisədə gec qavrayırlar. Problemlərin aradan qalxması üçün bu  uşaqları  vaxtında psixoloqa aparmaqla müsbət nəticələr əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287