XƏBƏRLƏR

Allergiya irsi xəstəlikdir
21 SENTYABR
83

Allergiya irsi xəstəlikdir

2017-09-21 15:20:00

Son zamanlar bir çox insanın əziyyət çəkdiyi xəstəliklər sırasında allergiya da var. Bu xəstəlik istər uşaqlarda istərsə də böyüklər arasında  çox geniş yayılıb.  Bəs allergiyanın yaranma səbəbi nədir?

Allerqoloq Fəxri Hüseynov Tibb.fins.az –a açıqlamasında bildirir ki, allergiya insan orqanizminin allergenlərə - qiada məhsulları , bitki mənşəli tozcuqlar , ev tozu , dərmanlar , heyvan tükü və kimyəvi vasitələrə qarşı yüksək reaksiyasıdır.  

Allergenlər orqanizmə dəri , tənəffüs və qida yolları ilə daxil olur.  Ana qidalanmasına fikir vermədikdə ,  yəni konservləşdirilmiş məhsullardan , qatqılardan istifadə etdiyi zaman uşaqlarda allergiya dəridə üzə çıxır. Yeni doğulmuş uşaqlarda dəri allergiyası ilə rastlaşırıq ki,  bu da allergik diatezdir. Uşaq doğulandan iki həftə sonra dəridə səpkilər , başın dərisində qabıqqoyma başlaya bilər. Bu zaman uşaqda qaşınma olur , yuxu rejimi pozulur, iştahı azalır.

Həkim onu da vurğuladı ki, allergiya hər yaş qrupunda rast gəlinən xəstəlikdir. Son zamanlar  isə bu xəstəlk  daha çox yeni doğulan uşaqlarda rast gəlinir. Anaların qidalanması , valideynlərin uşaqların yatağını yumşaq oyuncaqlarla bəzəməsi allergiyanın kəskinləşməsinə şərat yaradır.

Allerqoloq Fəxri Hüseynovun sölərinə görə  allergiya genetik olaraq valideyndən uşağa  ötürülür. Əgər bir valideyndə allergiya varsa  övladda 30 -35% əgər hər iki valideyndə allergiya varsa , övladlarda 70 % allergik xəstəliyin olması ehtimalı var.  Allergik xəstəliyin olması üçün genetik meyllilik olması əsasdır .Həkimin sözlərinə görə heç bir allergik xəstəliyin bu günə qədər  tam müalicəsi yoxdur. Ən yaxşə uğurlu nəticəsində xəstəliyin remisiya vəziyyətinə keçməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297