XƏBƏRLƏR

Sızanaqlar hansı xəstəliklərdən xəbər verir
20 SENTYABR
76

Sızanaqlar hansı xəstəliklərdən xəbər verir

2017-09-20 16:19:00

Üzümüzdəki sızanaqlar bizləri görüntüyə görə çox narahat edir. Hər bir xanım bu problemdən yaxa qurtarmaq  üçün bir çox üsullardan istifadə edir.  Kimisi təbii üsul , kimisi kosmetik vasitələrin köməyindən yararlanıb.  

Əslində sızanaqlar  orqanizmdəki problemlərin  ilkin xəbərçisidir. Həkim konsultant Ruhəngiz Məmmədovanın sözlərinə görə  burunda olan sızanaqlar ürəklə əlaqəlidir.  Bunun üçün gündəlik qidanızda meyvə - tərəvəzə üstünlük verin və qazlı içkilərdən uzaq olun.  Çənədəki sızanaqlar isə  bağırsaqlarla əlaqəlidir. Gicgah və  qulaq ətrafı sızanaqlar isə  böyərkdə olan problemlərdən xəbər verir.  Buna görə bol su içmək və duzdan uzaq olmaq lazımdır.  Həkimin sözlərinə görə qadınlarda sızanaq ginekoloji problemlər səbəbindən də yarana bilər.  Hormonal dəyişikliklər sızanaqların yaranmasına səbəb olur.  Dəri tipi və genetik faktorlar sızanaqların olmasında mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297