XƏBƏRLƏR

Ana südü – İdeal qida
20 SENTYABR
73

Ana südü – İdeal qida

2017-09-20 16:16:00

Hər körpə üçün ən ideal qidanın ana südü olmasını artıq hamımız yaxşı bilirik. Ana südü qoruyucu qalxandır.  Bu səbəbdən ilk süd körpəyə mütləq verilməlidir.  

Ana südü bir çox dərmanlardan  daha güclüdür.  Ana südündəki mineral  və mikro elementlərin miqdarı körpənin ehtiyaclarını  qarşılayacaq miqdarda  tənzimlənməkdədir. Uşağı 2 yaşına qədər ana südü ilə qidalandırmaq  mütəxəssislər tərəfindən tövsiyyə olunur.  Körpəni cədvəllə deyil, onun tələbatına uyğun  əmizdirmək lazımdır. Həkim – pediatr Günay Rəsulova bildirir ki,  ana südü ilə qidalanma  uşağa psixoloji cəhətdən  çox vacibdir.

O bu zaman ilk olaraq ana ilə təmasda olur.  Pediatrın sözlərinə görə, ana südündə uşaqların immunitetinin möhkəmlənməsi üçün müəyyən anti tellər  vardır ki , bu da süd vasitəsilə körpəyə keçir və bu da yeni doğulmuş  körpəni  müxtəlif infeksiyalardan qoruyur. Həkim onu da bildirdi ki,  ana südündə olan zülal asanlıqla həzm olunur, mədə bağırsaq və allergiya kimi problemlərin qarşısısnı alır. Ana südündə olan şəkər də  uşaq tərəfindən asanlıqla mənimsənilir.  Həkim onu da vurğuladı ki,  ana südü qidalanma və  əlavə xərc baxımından  da sərfəlidir.  

Ana südü hazırlanma baxımından da asandır, qiymət baxımından da sərfəli.   Pediatr bildirdi ki,  ana südü ilə qidalanmayan körpələr  üçün daha baha qiymətə qidalar alınır ki ,  bu da həm iqtisadi cəhətdən və keyfiyyət baxımından ana südünü əvəz edə bilməz.  Ana südünün tərkibində  uşağın böyüməsi üçün  müxtəlif vitaminlər və minerallar vardır ki,  bu da uşaq orqanizminin inkişafı üçün əvəzolunmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296