XƏBƏRLƏR

Bu yaş qrupu uşaqlarda skalioz daha çox təsadüf olunur
20 SENTYABR
66

Bu yaş qrupu uşaqlarda skalioz daha çox təsadüf olunur

2017-09-20 16:01:00

Skalioz uşaqlar arsında geniş yayılan problemlərdəndir. Mütəxəssislər bu problemin ən çox məkətəblilər arasında geniş yayıldiğını bildirir.

Həkim – pediatr Arzu Əliyava  Fins. aza açıqlamasında bildirir ki, bu problem əvvəllər 10 -12 yaşlı uşaqlar arasında daha çox təsadüf olunurdu. Halbuki son illərdə bu problem erkən yaşlarda da müşahidə olunur. Skaliozun əmələ gəlmə səbəbi qamətin əyiməsidir.

Həddən artıq yüklənmə nəticəsində qamət əyilir yəni onurğa öz oxu ətrafında burulur.Pediatr bildirdi ki , uşaqlar ağır məktəb çantalarını bir əllərində götürməklə, əyri oturmaqla, yazı yazarkən , oxuyarkən ,stol boylarına uyğun olmadığı üçün narahat poza , bəzən hətta yarım uzanıqlı vəziyyət də skalioza səbəb olan amillərdəndir.

Peditrın sözlərinə görə, gündəlik rejim düzgün qurulmayanda da bu cür problemlə rastlaşmaq olur. Yəni normalda hər uşağa boyuna uyğun  kürəkdən asılı çanta alınmalıdır. Çantanın ağırlığı uşağın ümumi çəkisinin maksimum 10 %-i qədər olmalıdır. Yaxşı olar ki, bu 5- 7 % olsun.həkim onu da bildirdi ki məktəbli uşaqların  dərs zamanı oturduğu parta gözəlliyi ilə bərabər  həm də uşağın boyuna uyğun olmalıdır. Üzgüçülük qamət əyriliyinin müalicəsində aparıcı vasitədir.

Peditrın sözlərinə görə, artan orqanizmdə sümük sistemi sürətlə inkişaf edir. Əgər uşaq az hərəkət edirsə, düzgün qidalanmırsa və kalsium çatışmazlığı varsa,  əzələ sistemində inkişaf , tonus zəif olur.  Skaliozun müalicəsi zamanı uşağın qidalanması da vacibdir. Vitamin və minerallarla zəngin qidalanma əsasdır. Müalicəsində ehtiyac yaranarsa ,vitamin D və kalsi preparatları da təyin olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297