XƏBƏRLƏR

Görmə zəifliyini aradan qaldıran amillər – bunların edilməsi vacibdir
20 SENTYABR
76

Görmə zəifliyini aradan qaldıran amillər – bunların edilməsi vacibdir

2017-09-20 15:56:00

İşgüzar həyat, kompyuter önündə kifayət qədər vaxt keçirmək  səhhətimizə mənfi təsir göstərir. Ən əsas da görmə qabiliyyətimizi zəiflədir. Bildiyimiz kimi göz zəifliyi anadangəlmə və qazanılmış formada ola bilər .Həkim –Oftalmoloq Nuridə Məmmədəliyeva Fins. az- a açıqlamasında bildrir ki, qazanılmış forma ən çox Computer Vision Syndrom deyilən zamanı üzə çıxır. Çünki bu zaman kompyuterlə uzunmüddətli iş zamanı göz yüklənir .

Ən çox yeniyetmə və kiçikyaşlı uşaqlarda  süni şəkildə miopiya – yəni yaxından görmə xəstəliyi meydana çıxır. Həkimin sözlərinə görə, bu pasiyentlər yaxına uzun müddət baxdıqlarına görə,  sonradan uzağa baxdıqları zaman bulanıq görürlər.  Bunun qarşısını almaqdan ötrü gözə fasiləli olaraq  hər 30 dəqiqədən bir 10 – 15 dəqiqə  gözə fasilə vermək lazımdır. Bu zaman uzağa baxmaq  lazımdır ki, göz spazm vəziyyətinə düşməsin.

Oftalmoloqun sözlərinə görə,  bundan əlavə həkim təyinatı əsasında gözü qidalandıracaq qaragilə, qarağat tərkibli kapsullardan ildə 2 – 3 dəfə qəbul edilməlidir.

Həkim onu da vurğuladı ki, əgər anadangəlmə yaxındangörmə və uzaqdan görmə problemi varsa,  bu zaman onun qarşısını almaq çətin olur. Bu zaman yalnız profilaktik tədbirlər görülür ki, bu problemin irəliləməsinin qarşısı alınsın.  Həkim qeyd etdi ki, əgər bu proqressivləşən miopiyadırsa ,  bu zaman onun qarşısını almaq mümkün olmur.  Yalnız eynək vasitəsi ilə  pasiyentə korreksiya verilir ki,  görüntü itməsin.  

Oftalmoloq Nuridə Məmmədəliyeva onu da vurğuladı ki,  18 yaşdan yuxarı olan pasiyent 6 aylıq kontrola alınır, ölçülərində bir dəyişiklik olmadığı təqdirdə ekzimer lazer vasitəsi ilə (əks göstəriş yoxdursa) bu xəstəlik aradan qaldırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296