XƏBƏRLƏR

Şəkər xəstələrinin diqqətinə
20 SENTYABR
69

Şəkər xəstələrinin diqqətinə

2017-09-20 15:52:00

Statistikaya görə , ölümün bilavasitə səbəbi kimi şəkərli diabet  ürək – damar və onkoloji xəstəliklərdən sonra 3 – cü yeri tutur. Həkim – Endokrinoloq Leyla Qasımova diabetli xəstələrin ötən illərlə müqayisədə artdığını bildirir.

Şəkərli diabetin 2 tipi var. 1- ci tip şəkərli diabet insulin çatışmazlığı ilə xarakterizə olunur.Həkimin sözlərinə görə bu əlamət daha kəskin şəkildə özünü biruzə verir. Xəstələr çox qısa müddətdə  çox çəki itirirlər. 2- ci tip şəkərli diabet isə  tədricən inkişaf edir.  

Həkimin sözlərinə görə bəzən uzun müddət klinik əlamətlər üzə çıxmır.  Bəzən xəstəlik xeyli gizlin gedir və təsadüfi müayinə nəticəsində aşkara çıxır.  Bu zaman isə kəskin arıqlama qeyd olunmur.

Xəstəlik adətən 40 yaşdan sonra meydana çıxır.  Xəstəliyin yüngül forması  pəhrizlə müalicə olunur. Endokrinoloqun sözlərinə görə şəkərli diabetin  belə sürətlə artmasına səbəb xəstəliyin genetik yolla ötürülməsi, insanlarda stress vəziyyətinin  təkrar olunması  piylənmənin geniş yayılmasdır. Şəkərli xəstələrin  pəhriz saxlaması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297