XƏBƏRLƏR

Hamiləliyi ilk gündən necə aşkar etmək olar?
20 SENTYABR
100

Hamiləliyi ilk gündən necə aşkar etmək olar?

2017-09-20 15:49:00

Hamiləlik ovulyasiyadan bir neçə gün sonra əmələ gəlir.  Hamiləliyin ilkin əlaməti isə  aybaşı gecikməsi , yorğunluq ,halsızlıq , süd vəzlərində şişkinlik , ürək bulanmadır.  

Ginekoloq – Uzman Natı Musalının sözlərinə görə hamiləlik yumurta follikullarının partlaması nəticəsində baş verir.  Hər aybaşı gecikməsi olan xanımlarda hamiləlik olmur.  Bu müxtəlif səbəblərdən də ola bilər. Bunu yoxlamaq üçün  xüsusi testlərdən  istifadə olunur ki,  bu da sidik vasitəsi ilə elə ev şəraitində də yoxlana bilər. Hamiləlik varsa testdə iki qırmızı xətt,  hamiləlik yoxsa bir qırmızı xətt göstərilir.  

Həkimin sözlərinə görə tam əmin olmaq üçün qadın həkim tərəfindən USM-də yoxlanır və hamiləlik tam dəqiqləşdirilir.  Hamilə qadınlarda gecələr daha tez – tez sidiyə getmə,  baş gicəllənmə halları müşahidə olunur ki, bu da orqanizmdəki dəyişikliklərlə bağlı olan proseslərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297