Saçların tökülməsi və gec uzanması bir çox vitaminin çatışmazlığı nəticəsində olur. 
B6 vitamini yaşıl noxudda, qozda, günəbaxan tumlarında, pivə mayasında və qəhvəyi düyüdə boldur. Çalışın, qida rasionunuza bu qidaları daxil edin. 
• D, A və E vitaminlərini, kokos, gənəgərçək və ayıpəncəsi yağlarını qarışdırıb, isidin. Onu saçınıza sürtdükdən sonra başı müşəmbə ilə bağlayın. Azı 1-2 saat saxladıqdan sonra saçınızı şampun əvəzinə, yumurta sarısı ilə yuyun. Bu maskanı bir ay, həftədə 2 dəfə mütəmadi etsəniz,
saçınızın bütün problemlərini kökündən həll etmiş olarsınız.
• B3 və B5 vitaminlərinin çatışmazlığı nəticəsində, saç soğanaqları solur, məhv olur, baş tamamilə
keçəlləşir. Bu vitaminlər ən çox brokkolidə var.
• E vitamini baş dərisini oksigenlə təmin edir, immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır.
Bu vitamin əsasən, bitki yağlarında, qarabaşaqda, qaraciyərdə, yumurtanın sarısında boldur.
• C vitamini başın dərisinin kapelyarlarını və saç soğanaqlarını qidalandırır, qan dövranını yaxşılaşdırır.