XƏBƏRLƏR

Yeni doğulan körpə niyə ağlayır
13 SENTYABR
136

Yeni doğulan körpə niyə ağlayır

2017-09-13 14:17:00

Dünyada olduğu kimi Azərbaycanda da doğuşlar təbii və qeysəriyyə üsuli ilə aparılır.  Onu da deyək ki, son illərdə  suda doğuşun aparılması üsulundan az da olsa istifadə edirlər.  Son illərə qədər ölkəmizdə qeysəriyyə əməliyyatına üstünlük verən hamilə qadınlar çox idi.  Uzman Dr. Natı Musalı Fins.az- a artıq qeysəriyyətə üsulu ilə olan doğuşun azaldığını bildirdi.  Ginekoloqun sözlərinə görə indi uşaq dünyaya gətirəcək qadınlar təbii üsula daha çox  üstünlük verirlər. Həkimin sözlərinə görə, qeysəriyyə üsulu ilə aparılan doğuş vaginal  üsulla doğuş mümkün olmayanda, həkim tərəfindən göstəriş olduğu halda aparılır. Onu da deyək ki , bəzi qadınlar təbii doğuş zamanı körpənin travma almasından narahat olduqları üçün qeysəriyyə üsuluna üstünük verir.  Həkimin sözlərinə görə, təbii doğuş zamanı hansısa problem yarana bilər. Lakin təbii doğuş ana və uşağın sağlamlığı baxımindan orqanizm üçün faydalıdır.  Qeysəriyyə üsulu ilə doğulan uşaqlarda daha təhlükəli hallar ola bilir. Ginekoloqun sözlərinə görə, qeysəriyyə üsulu ilə dogulan körpənin ciyərlərində dölyanı maye tam təmizlənmir, buna görə körpənin ağciyərində nəmlik qalır. Təbii üsulla doğulan körpə isə doğulan kimi ağlayır, ağciyərlər dölyanı mayedən təmizlənir və körpədə ilk tənəffüs prosesi baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287