XƏBƏRLƏR

Ebola xəstəliyi təhlükəlidir!
12 SENTYABR
63

Ebola xəstəliyi təhlükəlidir!

2017-09-12 12:11:00

Ebola xəstəliyi təhlükəlidir!

• Güclü baş ağrısı
•  Angina
•  Quru öskürək
•  Döş qəfəsində sancı
•  Zəiflik
•  Qarında ağrı, ishal
•  Əzələlərdə ağrı

İnsanı, bəzi primatları,eləcə də cütdırnaqlıları yoluxdurur.

Ölüm səviyəsi  - 90%

İnkubasiya dövrü  - 21 gün 

Ebola xəstəliyi nədir? 

Ebola xəstəliyi virus mənşəli, qanaxma və qızdırma ilə nəticələnən, ölüm əmsalı 90%-a çatan ağır yoluxucu xəstəlikdir.

 İnsanlar Ebola xəstəliyinə necə yoluxa bilərlər?

 •  virusa yoluxmuş heyvanların qanı, ifrazatları və digər bioloji mayelər ilə sıx təmasda olduqda

•  virusa yoluxmuş insanın qanı və ya digər bioloji mayelər (nəcis, sidik, ağız suyu, sperma) sağlam insanın selikli qişasına və ya tamlığı pozulmuş dərisinə düşərsə

•  xarici mühit faktorları (çirkli paltarlar, yataq ağları, işlənmiş şprislər) xəstə insanın qanı və ya ifrazatları ilə çirklənərsə və dərisinin tamlığı pozulmuş sağlam insan bu faktorlarla təmasda olarsa

•  virusa yoluxmuş xəstələrə yardım göstərən və infeksion nəzarət tədbirlərinə tam əməl etməyən tibb işçiləri

Kimlər daha çox bu xəstəliyə yoluxa bilərlər?

Ebola virusuna yoluxma riskinə daha çox meyilli olanlara aiddir:

•  tibb işçiləri
•  virusa yoluxanların ailə üzvləri və xəstə ilə sıx təmasda olan digər şəxslər
•  xəstəlikdən ölmüş şəxslərin dəfnində və basdırılması mərasimlərində meyitlə bilavasitə təmasda olmuş şəxslər
•  tropik rütubətli meşələrdən tapılmış heyvan cəsədləri ilə təmasda olmuş şəxslər 

Ebola xəstəliyinin əlamətləri

 Xəstəliyin inkubasiya dövrü, insan bu virusa yoluxduqdan sonra 2 gündən 21 günə qədərdir. Xəstədə əlamətlər başlayan vaxtdan o, yoluxdurucu olur. İnkubasiya dövründə xəstə yoluxdurucu olmur.

*  hərarətin qəflətən yüksəlməsi
•  zəiflik
•  əzələ, baş və boğaz ağrıları
•  ürəkbulanma
•  ishal
•  səpgi
•  böyrək və qaraciyərin funksiyalarının pozulması
•  xarici və daxili qansızmalar

Tibbi yardım üçün nə vaxt müraciət etmək lazımdır?

 Əgər siz Ebola virusuna görə risk qrupuna aid olan ölkədə olmuşsunuzsa (Afrika ölkələri), yaxud Ebola virusuna yoluxmuş və ya yoluxmaya şübhəli olan şəxslə təmasda olmuşsunuzsa və sizdə xəstəliyin əlamətləri başlayıbsa, təcili olaraq həkimə müraciət etməlisiniz.

Ebola virusu ilə yoluxmuş, yaxud yoluxmaya şübhəli olan şəxslər barədə bütün məlumatlar təcili olaraq Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasına verilməlidir.

Şübhəli olan şəxslər təcrid edilməli və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tibb müəssisələrinə hospitalizasiya olunmalıdırlar.

Tibbi işçiləri isə şübhəli xəstələrlə infeksion nəzarət tədbirlərinə tam əməl etməklə təmasda olmalıdırlar.

Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Zairdə müəyyən olunub. Virus Ebola çayı yaxınlığındakı rayondan təcrid olunub.

Şübhəli xəstələrlə yalnız infeksion nəzarət tədbirlərinə tam əməl etməklə təmasda olun!

Ebola virusu ilə yoluxmuş, yaxud yoluxmaya şübhəli olan şəxslər barədə bütün məlumatları təcili olaraq Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasına verin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285