XƏBƏRLƏR

Uşaqlarda Vitamin D çatışmazlığının, o cümlədən, raxitin profilaktikası
05 SENTYABR
56

Uşaqlarda Vitamin D çatışmazlığının, o cümlədən, raxitin profilaktikası

2017-09-05 14:22:00

Vitamin D çatışmazlığı ciddi ictimai sağlamlıq problemidir və pediatrik əhali arasında tez-tez rast gəlinir. Vitamin D çatışmazlığının ağırlaşmalarına aşağıdakılar aiddir: 

  • Hipokalsemik qıcolmalar
  • Raxit
  • Ətraflarda ağrı
  • Sınıqlar. 

Körpələrdə vitamin D çatışmazlığının inkişafı bir başa olaraq anada vitamin D çatışmazlığı ilə bağlıdır. Yuxarı yaşlı uşaqlarda isə vitamin D çatışmazlığının inkişafına təsir edən risk faktorlar aşağıdakılardır: 

  • dəri rənginin tünd olması
  • adət-ənənələr və yerli mədəniyyət
  • uzunmüddətli ana südü ilə qidalanma
  • günəş şüasının təsirinin məhdudlaşdırılması
  • bəzi tibbi hallar. 

Körpələr və qadınlar arasında Vitamin D çatışmazlığının profilaktikası məqsədilə ilk növbədə  risk altında olan körpələrin və hamilə qadınların, xüsusilə də, tünd rəngli dərisi olan və ya müsəlman adətlərinə uyğun geyinən qadınların skrininqi və vitamin D preparatı ilə müalicəsi tələb olunur. Ana südü ilə qidalanan tünd dərili körpələr həyatın ilk 12 ayı ərzində vitamin D ilə profilaktik müalicə almalıdır.

Müntəzəm olaraq günəş şüasının təsirinə məruz qalma, vitamin D çatışmazlığının qarşısını almağa kömək edir. Lakin körpələr və uşaqlarda günəş şüasının təsirinə məruz qalmanın optimal müddəti məlum deyil. 

Vitamin D çatışmazlığının profilaktikası üçün aşağıdakılar tövsiyə edilir: 

  • Risk altında olan uşaqlar gündə 400 İU (beynəlxalq vahid) Vitamin D almalıdır;  

Vitamin D çatışmazlığının müalicəsi aşağıdakı kimi aparılır:

  • Erqokalsiferl və ya xolekalsiferol
    • yaşı 1 aydan aşağı olan körpələr: gündə 1.000 İU olmaqla 3 ay müddətinə təyin edilir
    • yaşı 1-12 ay olan uşaqlar: gündə 3.000 İU olmaqla 3 ay müddətinə təyin edilir
    • yaşı 12 aydan yuxarı olan uşaqlar: gündə 5.000 İU olmaqla 3 ay müddətinə təyin edilir

Vitamin D preparatlarının qəbulu rejiminə riayət olunmada problem olarsa, Vitamin D çatışmazlığı olan 12 aydan yuxarı uşaqlar birdəfəlik yüksək dozalı vitamin D (300.000-500.000 İU) ilə müalicə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294