XƏBƏRLƏR

Dietoloq: Piylənmə kiçik yaşlı qızlar arasında geniş yayılıb
24 AVQUST
184

Dietoloq: Piylənmə kiçik yaşlı qızlar arasında geniş yayılıb

2017-08-24 17:09:00

Bu gün dünyada 2.1 milyard insan piylənmədən əziyyət çəkir.Bu isə dünya əhalisinin 30 faizi deməkdir. Aparılan son araşdırmalar göstərir ki, bu vəziyyətin ən çox müşahidə olunduğu ölkələr – ABŞ, Çin və Rusiyadır. Səudiyyə Ərəbistanında da hər 10 nəfərdən 7- si piylənmə ilə mübarizə aparır. Bu səbəbdən , ölkədə hər il  piylənməylə mübarizəyə 133 milyon dollarlıq  vəsait xərclənir. Bu təhlükəli hal  artıq Azərbaycanda da  yayılıb  və getdikcə sürətlənir və bununla bağlı endekrinoloq və dietoloqlara  müraciət olunur. Məsələ ilə bağlı fikirlərini Fins.az –a bildirən Fuad Məcidov daha çox qadınların bu xəstəlikdən əziyyət çəkdiklərini bildirdi. Dietoloqla müsahibəni təqdim edirik.

1.Köklükdən əziyyət çəkənlər arasında  qadınlar ön sıradadır. Hansı yaş qrupunda olan qadınlar köklükdən daha çox əziyyət çəkir?      

Dünya Səhiyyəsi də təsdiq edib ki son illərdə 10 yaşdan yuxarı olan qız uşaqlarında və 35- 40 yaş arasında olan qadınlar arasında  köklük daha çox müşahidə olunmaqdadır. 10 ildən bir orqanizmdə metobolizm azalır və kökəlmə prosesi sürətlənir. 

2.Qısa müddət ərzində çəki itirmək orqanizm üçün nə dərəcədə təhlükəlidir?

-Qısa müddət ərzində çəki itirmək orqanizm üçün olduqca ziyandır.Azərbaycanda dietoloqa müraciət edən qadınlar  daha tez çəki itirmək  istəyində olurlar.Bu isə onların sağlamlığı baxımından təhlükəlidir. Onlar bilməlidir ki , ay ərzində ümumi bədən çəkilərinin 5- 7 faizi itirilməlidir. Bu çox olduğu halda orqanizmdə fəsadlar yaranır. Əgər çəki normal qaydada  azalırsa , itirilən çəki geri qayıtmır.

3. Artıq çəki almamaq üçün nə etmək lazımdır?

Sağlam həyat tərzi sürmək üçün  5 əsas prinsipə riayət etmək vacibdir. 1.Gün ərzində 2 litr su içmək.

2.1 saat fiziki hərəkət.

3.Yuxuya diqqət etmək.

4.Düzgün qidalanma – təzə meyvə - tərəvəz , lifli qidalar, zülali  qidalardan istifadə etmək lazımdır.

5.Depressiv vəziyyətdən uzaq durmaq.

4.Arıqlama proseduru təqribən nə qədər  xərc tələb edir?

- Bunun üçün insan müayinə olunur və bir neçə analizdən keçməlidir. Mənə müraciət edən pasiyentimi  ay ərzində  öz xüsusi qaydalarıma uyğun olaraq ayda 5 – 6 kq arıqladıram və bu da ən azı 400 – 500  manat xərc tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287