NƏQLİYYAT

Bu ilin sonuna qədər sürət elektrik qatarlarının sayı artırılacaq
11 OKTYABR
95

Bu ilin sonuna qədər sürət elektrik qatarlarının sayı artırılacaq

2019-10-11 11:59:00

Bu ilin sonuna qədər “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 sürət elektrik qatarı alacaq.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

Sədr İsveçrə qatarlarının MDB ölkələrində istehsal olunan qatarlarla müqayisədə kəskin baha alınmasına da münasibət bildirib: “Stadler” qatarlarını Rusiya və Belarus qatarları ilə eyniləşdirmək olmaz. İsveçrə qatarlarında 40 ədəd səsboğucu var, halbuki, Rusiya qatarlarında ondan cəmi 2 ədəd olur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır