NƏQLİYYAT

“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq
11 OKTYABR
73

“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq

2019-10-11 10:40:00

Hazırda “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılması üzərində iş aparılır.

Bunu cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, bu məlumat bazasını qısa müddət ərzində yaratmaq mümkün deyil: “Çünki bütün yollar haqqında məlumatlar toplanmalı və bir dövlət reyestrində öz əksini tapmalıdır. Hazırda bu məlumatların toplanması işi görülür. Məlumatlar toplandıqdan sonra reyestrin yaradılması, mexanizmin qurulması üzərində işlər aparılacaq”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır