NƏQLİYYAT

Yaponiyada sərnişinlər üçün qeyri-adi reklam xidməti
07 OKTYABR
74

Yaponiyada sərnişinlər üçün qeyri-adi reklam xidməti

2019-10-07 11:21:00

Yaponiyanın böyük şəhərlərində maraqlı bir reklam xidməti işə başlayıb.

Fins.az-ın TED-ə istinadən verdiyi məlumata görə, taksilərdəki ön oturacaqların arxasına, sərnişinlərə baxan hissədə xüsusi monitorlar yerləşdirilib. Sərnişinlər səfər zamanı bu monitorlarda sadəcə onlar üçün məxsusi seçilmiş reklam videolarına baxa bilirlər.

"Premium Taxi" adı verilən bu sistem sərnişinlərin rahat və əyləncəli səfər həyata keçirmələri üçün nəzərdə tutulub. Maraqlısı isə bu sistemin hansı sərnişinə görə necə reklam çarxı seçib göstərməsidir.

Yaponiyada yaşayan Google mühəndisi Roza Qolican Tvitterdə həmin monitorların görüntülərini paylaşıb. Ekrandakı mətndə monitor kamerası olduğu, avtomobilə minən sərnişinin tomoqrafiyasının çəkildiyi və cinsiyyətinin müəyyən edilməsi üçün analiz edildiyi yazılıb. Bu analiz nəticəsində sərnişin üçün ən uyğun və onun diqqətini daha çox cəlb edəcək reklam məzmunları seçilib yol boyunca sərnişinə nümayiş olunur.

Golicanın Tvitterdəki bu paylaşımına başqa bir istifadəçi tərəfindən sistem haqqında daha ərtaflı şərh yazılıb.

Şərhdə qeyd olunur ki, bu sistemdəki xüsusi üz tanıma kamerası vasitəsilə toplanan məlumatlar yapon e-ticarət platforması olan DeNA Co MMC-yə göndərilir.

Xüsusi QR kod sayəsində firmanın sistemindəki "Etibarlılıq və təhlükəsizlik" başlıqlı səhifəyə daxil olmaq olur. Burada toplanan məlumatlarla bağlı daha çox informasiya verilir.

DeNA saytında taksi istifadəçilərinin qeyd edilən üztanıma videoları həmin sərnişinlərin şəxsi profillərinin yaradılmasında istifadə olunur. Məlumatlar yapon reklam agentliyi Geniee İnc.-ə göndərilir. Reklam sistemi öz növbəsində profilə uyğun reklam çarxları seçib taksidəki monitora ötürür.

DeNA-dan bu sistemdə sərnişinlərin şəxsi informasiyalarının Geniee şirkətinin yaddaş bazasından onlar taksidən endikləri anda silindiyi bildirilir.

Bundan başqa, sərnişinlər istəmədikləri təqdirdə reklam xidmətindən imtina edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır