NƏQLİYYAT

Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq
02 OKTYABR
130

Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq

2019-10-02 17:47:00

Azərbaycan və Rusiya Mahaçqala-Bakı istiqamətində hərəkət edəcək sürətli qatarın xəttə buraxılmasını planlaşdırır.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev bildirib.

Onun sözlərinə görə, bu qatardan istifadə edən sərnişinlər gömrük yoxlamasından sadələşmiş qaydada keçəcəklər: "Bu prinsip üzrə Sankt-Peterburqla Helsinki arasında hərəkət edən qatar da işləyir".

V Vasilyev onu da bildirib ki, sürətli qatarın xəttə buraxılması məsələsi Azərbaycan və Dağıstanın müvafiq nazirlikləri arasında artıq  müzakirə olunub. Bu cür qatarın istifadəyə verilməsi iki respublika arasında turist axınını artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır