NƏQLİYYAT

İlk gecə reyslərində daşınan SƏRNİŞİNLƏRİN SAYI
02 OKTYABR
90

İlk gecə reyslərində daşınan SƏRNİŞİNLƏRİN SAYI

2019-10-02 15:47:00

Oktyabrın 1-də rayonlar istiqamətində ilk gecə reyslərində 108 sərnişin daşınıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova  bildirib ki, ötən gün saat 22:00-da Gəncə, 23:00-da “Qırmızı Körpü”, 00:00-da Gəncə istiqamətinə ilk gecə reysləri yola salınıb.

“İlk gün olmasına baxmayaraq, sərnişin tələbatı var idi. İlk reyslə Gəncə istiqamətinə 31, “Qırmızı Körpü” istiqamətinə 36, 00:00-da olan Gəncə reysində isə 41 sərnişin yola salınıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır