NƏQLİYYAT

“Bir kəmər və bir yol” təşəbbüsü Azərbaycanın beynəlxalq nəqliyyat “Hub”ına çevrilməsinə təkan verir
24 SENTYABR
141

“Bir kəmər və bir yol” təşəbbüsü Azərbaycanın beynəlxalq nəqliyyat “Hub”ına çevrilməsinə təkan verir

2019-09-24 12:30:00

Çinin rəsmi İnformasiya Agentliyi olan “Xinhua”da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinə həsr edilmiş məqalə dərc edilib.

Fins.az Report-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın əhəmiyyətli geoqrafik mövqedə yerləşdiyi və son illər ölkənin regional nəqliyyatın inkişafında strateji istiqamət kimi təsdiq etdiyi qeyd edilir.

Məqalədə bildirilir: “Azərbaycan Mərkəzi Asiya ölkəsi kimi enerji, nəqliyyat, logistika “Hub”ı yaradaraq Avropa və Asiyanı təşviq etməyi hədəfləyir. Bu təşəbbüsün bir parçası olaraq, Azərbaycan hökuməti Azərbaycan və Çin arasında infrastruktur və qarşılıqlı əlaqə sahəsində münasibətləri genişləndirməyə xidmət edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı model layihəni həyata keçirməyə çalışır. Sözügedən marşrut 3500 km-nı əhatə edir, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqdə Qazaxıstanın Çinlə sərhədində yerləşən Dostık şəhəri ilə Qərbdən isə Azərbaycanı birləşdirir. Marşrutun əsas keçidi dəmir yoludur və bunun tərkib hissəsi olaraq Xəzər dənizini bərə ilə keçilməsi planlaşdırırlır”.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Çinin “Xinhua” agentliyinə müsahibəsi xatırlanır. Ölkə rəhbəri sözügedən agentliyə müsahibəsində qeyd edib ki, Azərbaycan və Çinin nəqliyyat sahəsində əməkdaşlığına dair böyük layihələrinin olduğunu bir daha təsdiq edib. Prezident İlham Əliyev bildirib ki, ölkə infrastruktura - yollar, hava limanların tikintisinə böyük investisiya yatırır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüklərin Çindən Avropaya daşınmasını həyata keçirən ən qısa nəqliyyat dəhlizidir.

Həmçinin məqalədə vurğulanır ki, həqiqətən, son illər həyata keçirilən birgə səylər nəticəsində Çin tərəfindən təklif olunan “Bir kəmər və bir yol” layihəsi ilə Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiyasında əhəmiyyətli nəticələr əldə edilib: “Bu ilin iyulun 6-da Çinin “Dəmir Yolu Express”i Xian şəhərindən başlayaraq 17 günlük səfərdən sonra maşın avadanlıqları və elektron qurğulardan ibarət olan Sian-Bakı blok qatarı Bakıya çatıb.

Sözügedən dəhlizin fəaliyyətə başlaması ilə Çini bir sıra ölkələr ilə birləşdirir və dəniz yolu ilə nəqliyyatdan 20 gün daha sürətli çatdırmaq imkanı verir. “Çin Dəmir Yolu Express”in daha çox qatarlarından istifadə edilməklə, “Bir kəmər və bir yol”un bağlantısının gücləndirməsinin şahidi oluruq”.

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun professoru Rafiq Abbasov isə qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yükdaşımanı ən tez həyata keçirən quru nəqliyyat dəhlizidir. Bu dəhliz vasitəsilə Çin malları Avropaya 20 günə çatdırıla bilər və bu, dəniz yolundan daha üstündür”.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini, Qazaxıstanı, Azərbaycan vasitəsilə Avropaya bağlayır.

Hazırda Azərbaycan bu marşrutdan istifadə etmək üçün daha çox beynəlxalq mal cəlb etməklə bağlı tarifləri azaltmaq və gömrük rəsmiləşdirmə müddətini qısaltmaq üçün marşrut boyunca üç ölkəni əlaqələndirir.

Qarşılıqlı fayda verən Azərbaycan-Çin əməkdaşlığı Çinin təklif etdiyi “Bir kəmər və bir yol” təşəbbüsü Azərbaycanın beynəlxalq nəqliyyat “Hub”ı olmaq üçün ölkənin mükəmməl inteqrasiya baxışına təkan verəcək, bununla yanaşı, regional əlaqəni asanlaşdıracaq və bölgədəki insanlara fayda gətirəcək.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır