NƏQLİYYAT

Türkiyədə uçan avtomobil – Cezerinin təqdimatı keçirildi - FOTOLAR
23 SENTYABR
129

Türkiyədə uçan avtomobil – Cezerinin təqdimatı keçirildi - FOTOLAR

2019-09-23 11:12:00

İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalında (Texnofest) uçan avtomobil – Cezerinin təqdimatı keçirilib.

Fins.az TED.az-a istinadən xəbər verir ki, aeromobil sərgini ziyarət edənlərin diqqətini cəlb edib.

Cezerinin layihə rəhbəri Ozan Yağçının sözlərinə görə, aeromobil 9 ay ərzində aparılan ciddi çalışmalar nəticəsində tamamlanıb.

O.Yağcı bildirib ki, Cezeri bir nəfəri daşıya biləcək potensiyala sahibdir: "Aeromobilin növbəti versiyaları iki və ya üç nəfəri daşıma gücünə malik olacaq" .

Gələcəkdə Cezeridən şəhərdaxili nəqliyyat kimi istifadə edilməsi nəzərdə tutulub.

O.Yağcı Cezerinin bu günün yox, gələcəyin texnologiyası olacağını da sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır