NƏQLİYYAT

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq – DİQQƏT
17 SENTYABR
90

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq – DİQQƏT

2019-09-17 10:21:00

Təmir işləri ilə əlaqədar bu gündən Bakının Yasamal rayonunda, Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Fins.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır