NƏQLİYYAT

Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb
12 SENTYABR
92

Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb

2019-09-12 16:19:00

Ötən ay Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia və Ambrolauri hava limanları 583 104 sərnişinə xidmət göstərib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin aeroportlarında sərnişinlərin sayında 11% azalma qeydə alınıb.

Yanvar-avqust aylarında isə Gürcüstanın 5 hava limanında 3 640 823 sərnişinə xidmət göstərilib. Bu da ötən ilin eyni göstəricisindən 8% çoxdur.

Sərnişin axınında azalmaya səbəb iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviauçuşları dayandırmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır