NƏQLİYYAT

Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib
12 SENTYABR
95

Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib

2019-09-12 09:36:00

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən onda texniki nasazlıq yaranıb.

Fins.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.

Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır