NƏQLİYYAT

AZAL-ın helikopteri satışa çıxarılıb
02 SENTYABR
122

AZAL-ın helikopteri satışa çıxarılıb

2019-09-02 17:19:00

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus 1991-ci ilin istehsalı olan Mİ-8 MTV1 helikopter özəlləşdirmə üçün hərraca çıxarılır.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, bu helikopterin hərracda beh 10% olaraq , əsas qiyməti isə 100 000 manatla start götürəcək.

“Planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır”, -deyə redaksiyamıza daxil olan məlumatda qeyd edilir.

Helikopterin indiyə qədər uçuş müddəti 9 599 saat olub.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunacaqdır: Hava nəqliyyatı barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır