NƏQLİYYAT

Bu ölkə pilotsuz dronlarla sərnişindaşımada ilk ölkə ola bilər
02 SENTYABR
109

Bu ölkə pilotsuz dronlarla sərnişindaşımada ilk ölkə ola bilər

2019-09-02 16:56:00

Bildiyimiz kimi, bir neçə gənc şirkət və aviasiya sənayesi veteranları, sərnişin daşınması üçün pilotsuz dronlar üzərində intensiv işləyirlər. Belə xidmətlərə yerüstü nəqliyyatın sıx olduğu şəhərlərdə geniş tələb olacağı gözlənilir. Yeni gələnlər sırasında dünyanın ilk pilotsuz uçan müntəzəm sərnişin marşrutlarının əsasını təşkil edən Çin şirkəti Ehang dayanırrr.

Fins.az xəbər verir ki, 2016 versiyasında Ehang drone (model Ehang 184) 200 kq olub. Dronun bu versiyası saatda 100 km sürətlə 3.5 km-dən çox olmayan yüksəklikdə 16 km uçuş aralığında məsafə qət edib. Onun göyərtəsi bir nəfərlikdir. Sükan və onun qolları əvəzinə marşrut seçmək imkanı olan bir tablet mövcuddur. Sistem,  tamamilə müstəqildir və ancaq uzaq bir operatorla  təcili əlaqə yarada bilir.

Ehang, pilotsuz sərnişin təyyarəsinin müxtəlif hava şəraitində Çində və ondan kənarda 2000-dən çox uğurlu uçuşu başa vurduğunu iddia edir. Bu qurğu  əməliyyatda tamamilə təhlükəsiz olduğunu sübut etdi. Bununla birlikdə, sərnişin təyyarəsinin kommersiya məqsədli istifadəsi üçün, uçuş və enmə yerləri olan bir infrastruktur yaranmalı, habelə Çində hava nəqliyyatının tənzimlənməsi ilə bağlı qanun və qaydalara düzəlişlər edilməlidir. Ehang bütün problemlərin gələn il həll olunacağına əmindir. Bu əminliyin arxasında Çin Mülki Aviasiya İdarəsi tərəfindən Ehang-ın rəsmi dəstəyi dayanır. 

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır