NƏQLİYYAT

Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonlar bu tarixdə gələcək
21 AVQUST
193

Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonlar bu tarixdə gələcək

2019-08-21 16:17:00

2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir. Fins.az xəbər verir ki, bunu Trend-ə İsveçrənin “Stadler Rail Group” şirkətindən bildiriblər. Məlumata əsasən, həmin vaqonlar hazırda Minskdəki zavodda istehsal olunur. Qeyd edək ki, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları üçün yeni vaqonların gətiriləcəyini bildirmişdi.

Bu ilin əvvəlində Azərbaycanda “Stadler” şirkətinin yeni vaqonları gətirilmişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır