NƏQLİYYAT

Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
21 AVQUST
148

Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

2019-08-21 11:33:00

“Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.

"Hal-hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Dəmiryolunun hərəkət sistemində sondərəcədə böyük əhəmiyyət kəsb edən yol dəyişən qurğuların saz vəziyyətdə olması hərəkətin təhlükəsizliyinə zəmanət verən əsas amillərdən biridir. 2015-ci ildən dəmir yolunda icrasına start verilən əsaslı islahatlar çərçivəsində yeni quruluşlu yol dəyişənlərin istehsalata tətbiqi də ciddi məsələ kimi qarşıya qoyulmuş, Bakı-Gəncə istiqamətində bu yeniləşmələr uğurla həyata keçirilmişdir. Avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yol dəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-betontir və şpallar üzərində qurulan bu yol dəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yol dəyişən təzələnib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə davam etdiriləcəkdir".

Yol dəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icraedirlər.

“Azərbaycan DəmirYolları” QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov yeni və müasir standartlara cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara faydası ilə bağlı danışıb.

Onun sözlərinə görə, ümumiyyətlə yol dəyişən qurğular dəmir yolunda istifadə olunan texniki qurğudur: “Yol dəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət vasitəsinin sürətinə də təsir etmiş olur, Poylu istiqamətində gedən yol dəyişənlər müasir tipli yoldəyişənlərdir. Sovetlər dönəmində istifadə olunan yol dəyişənlərin alt hissəsi taxta şpallardan ibarət idi. Bu gün Azərbaycanda istifadə olunan, yeni quraşdırılan yol dəyişənlər beton tirlərin üzərində yerləşdirilir. Bu, müasir standartlara uyğun yol dəyişənlərdir. Baş yollarda yerləşdirilən bu yoldəyişənlər baş yolların sürətinə birbaşa təsir göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait yaradır".

E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olanda hərəkət sürətini azaltmalıdır: “Çünki stansiyalarda hərəkət sürəti var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət sürəti fərqlidir. Ona görə, mənzillər iki yollu və düz sahə kimi olur. Orada buraxıla bilən sürətə qədər qatar sürət yığa bilir. Yəqin ki, saatda 100 km-əqədər yığa bilir. Amma qatar stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun üzərində tikili qurğular var. Burada artıq qatar sürətini azaltmaq məcburiyyətində qalır. Əgər istismara yararsız yoldəyişəndirsə, yol dəyişənin üç zonası, hissələri var. Əgər hissələrin hansısa birində çatışmazlıq olarsa, həmin yoldəyişənin üzərindən buraxılan hərəkət tərkibinin sürəti məhdudlaşdırılır”.

Qeyd edək ki, yoldəyişənlər ölkəyə sifarişlə Qazaxıstan və Rusiyadan gətirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır