NƏQLİYYAT

Biləcəri deposunda qəza baş verib
14 AVQUST
139

Biləcəri deposunda qəza baş verib

2019-08-14 12:14:00

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.

Azərbaycan Dəmir Yolları QSC-dən Fins.az-a verilən məlumata görə, 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır