NƏQLİYYAT

Təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağan edildi
14 AVQUST
100

Təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağan edildi

2019-08-14 11:06:00

ABŞ aviasiya idarəsi (FAA) “Apple” şirkətinin istehsalı olan “MacBook Pro” notbuklarının təyyarə ilə daşınmasına qadağa qoyub. Fins.az TASS xəbər saytına istinadən bildirir ki, qadağa 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralına kimi satılmış kompyuterlərə şamil ediləcək. İyunda “Apple” bu notbukların geri çağırılması haqqında bəyanat verib. Şirkətin mütəxəssisləri 15-düymlük “MacBook Pro”larda nöqsan aşkar ediblər: notbukun batareyası qızdığından yanğın təhlükəsi yaranır. FAA bundan xəbərdar olaraq qadağa qoyduğunu açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır