NƏQLİYYAT

Güclü yağış Bakı yollarında problemlər yaradıb
09 AVQUST
69

Güclü yağış Bakı yollarında problemlər yaradıb

2019-08-09 10:20:00

Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

Fins.az xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb.

Yolların su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub. 

Həmçinin bəzi yeraltı keçidlərə su dolub. Bəzi ərazilərdə isə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır