NƏQLİYYAT

Paytaxtın bu hissəsində HƏRƏKƏT BAĞLI OLACAQ
07 AVQUST
125

Paytaxtın bu hissəsində HƏRƏKƏT BAĞLI OLACAQ

2019-08-07 11:06:00

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən Fins.az-a verilən məlumata görə, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır