NƏQLİYYAT

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək
02 AVQUST
211

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

2019-08-02 18:25:00

  Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.

Bakıdan 10  avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat  0740-da yola düşəcək və Gəncəyə saat 1155-də  çatacaqdır.

Bakıdan və Gəncədən 13  avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat  0740-da yola düşəcək və Gəncəyə saat 1155-də  çatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır