NƏQLİYYAT

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq
30 İYUL
158

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

2019-07-30 14:32:00

Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır. Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.

Fins.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq.

B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır