NƏQLİYYAT

“Bakı Metropoliteni” qatarda siqaret çəkən şəxslə bağlı araşdırmalara başladı
15 İYUL
217

“Bakı Metropoliteni” qatarda siqaret çəkən şəxslə bağlı araşdırmalara başladı

2019-07-15 17:46:00

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır: "Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib.

Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".

B.Məmmədov bildirib ki, bu işdə təkcə "Bakı Metropoliteni" deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar: "Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır