NƏQLİYYAT

Türkiyə şirkəti BTQ vasitəsi ilə daşımalara başlayır
12 İYUL
147

Türkiyə şirkəti BTQ vasitəsi ilə daşımalara başlayır

2019-07-12 18:48:00

Türkiyənin “Pasifik Avrasya Lojistik" şirkəti sentyabr ayından etibarən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Rusiyadan test daşımalarına başlayacaq.

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə şirkətin İdarə Heyətinin üzvü İslam Şahbandarov məlumat verib.

"Məqsədimiz Rusiyadan gələn yüklərin fasiləsiz Mersinə qədər daşınmasını təmin etməkdir. Hazırda xətt üzrə daşımaların həcmi çox azdır. 1.5 il ərzində cəmi 140 min ton yük daşınıb. Bizim hədəfimiz bunu ildə 1 milyon tona, yaxın zamanda isə 5 milyon tona çatdırmaqdır", -  İ. Şahbandarov vurğulayıb. 

O qeyd edib ki, dəmiryolu xətti ilə daşımalar Orta Asiya ölkələri ilə ticarət əlaqələrinin gücləndirilməsinə, Türkiyə ilə Gürcüstan arasındakı dəmiryolu daşımalarının həcminin 2 il ərzində 500 min tona çatdırılmasına xidmət edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271