NƏQLİYYAT

Dövlət agentliyi işçilərinə bu qədər maaş verib - MƏBLƏĞ
11 İYUL
159

Dövlət agentliyi işçilərinə bu qədər maaş verib - MƏBLƏĞ

2019-07-11 15:18:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2018-ci ildə 17 min 538,69 manat mənfəətlə işləyib.

Fins.az Finans.az-a istinadən xəbər verir ki, Agentlikdə müqavilələrin qeydiyyatı aparılmaqla il ərzində cəmi 1 mlrd. 128 mln. 854 min 747,64 manat dəyərində iş həcmi yerinə yetirilib. Agentliyn 2018-ci ildə əsas fəaliyyətdən gəliri ƏDV nəzərə alınmamaqla 997 mln. 505 min 129,64 manat olub. Əlavə dəyər vergisi isə 131 mln. 349 min 618,00 manat təşkil edib. 

Agentlik avtomobil yollarının saxlanılması, tikintisi və təmiri xərcləri avtomobil yollarının saxlanılması tikinti və tikinti quraşdırma işlərinin smetalarında nəzərdə tutulan ayırmalar əsasında maliyyələşdirilir. 2018-ci ildə Agentlik üzə normativ əsasında 997 mln. 487 min 590,95 manat vəsait xərclənib:

Agentliyin 2018-ci ildə gəlirdən çıxılan xərclərin icrası aşağıdakı kimi olub:

Xərclər

manatla

çəkisi %

Əmək haqqı

59 600 549,73

5,98

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

13 410 123,69

1,34

Elektrik enerji xərci

2 806 181,38

0,28

Dəftərxana və təsərrüfat xərcləri

214 347,15

0,02

Xammal-material

741 280 689,72

74,31

Yanacaq xərci

49581980,24

4,97

Rabitə xərci

70063,38

0,01

Mühafizə xidməti

1996704,04

0,20

Komunal xərclər

2692277,34

0,27

İŞ sgorta xərci

159914,69

0,02

Büdcə xərcləri

127176,90

0,01

Əsas vəsaitlərin amortizasiyasi

13834315,74

1,39

Ezamiyyə xərcləri

711361,83

0,07

Azqiymətli tezköhnələn əşyalar

240609,42

0,02

Nəqliyyat xərcləri

10302742,02

1,03

Bank xərci

15354607,93

1,54

Ehtiyyat hissələr

6953476,36

0,70

Əsas vəsaitlərin təmiri

1027313,60

0,10

İcarə haqqı

6249739,60

0,63

Digər xərclər

70873416,19

7,11

CƏMİ

997487590,95

100,00

Agentlik 2018-ci ildə 17 min 538,69 manat mənfəətlə işləyib. Agentliyin əldə etdiyi mənfəətdən 20 faiz dərəcəsi ilə 3 min 507,74 manat mənfəət vergisi hesablanıb və Agentliyin sərəncamında 14030,95 manat sərbəst mənfəət qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır