NƏQLİYYAT

Bakı-Böyük Kəsik qatarının hərəkət cədvəli dəyişdirilir
10 İYUL
118

Bakı-Böyük Kəsik qatarının hərəkət cədvəli dəyişdirilir

2019-07-10 12:41:00

İyulun 15-dən Bakı-Ağstafa sürət qatarının ləğv olunması və Bakı-Böyük Kəsik sərnişin qatarına birləşdirilməsi ilə əlaqədar 2-cinin hərəkət qrafiki dəyişdirilir. 

Fins.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Belə ki, qatar Bakıdan saat 23:00-da yola düşəcək və növbəti gün saat 08:50-də Böyük Kəsikə çatacaq. 

Böyük Kəsikdən isə qatar saat 20:20-də çıxacaq və növbəti gün saat 06:30-da Bakıya çatacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır