NƏQLİYYAT

Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı - AÇIQLAMA
09 İYUL
188

Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı - AÇIQLAMA

2019-07-09 10:29:00

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib.

Qurumdan bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:

“Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.

QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027