NƏQLİYYAT

Paytaxt tamamilə elektrikli avtobuslara keçəcək
05 İYUL
374

Paytaxt tamamilə elektrikli avtobuslara keçəcək

2019-07-05 14:37:00

Almaniyanın paytaxtı Berlin, dizel avtobuslarından imtina edərək, tamamilə elektrikli avtobuslara keçəcək.

Fins.az xəbər verir ki, Alman şirkəti olan “Berliner Verkehrsbetriebe” 2030-cu ilədək tamamilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçəcəyinə dair məlumat yayıb.

Hazırda şirkətin avtoparkında 140 elektrobus mövcuddur. 2030-cu ilədək bütün “BVG” avtobusları elektrobuslar olacaq. 10 il müddətində paytaxtı müasir yükləmə cihazları ilə təchiz etmək planlaşdırılır. Paytaxtın bu cihazla təchizindən sonra avtobusların sürətləndirilmiş rejimdə yüklənməsi mümkün olacaq.

Qeyd edək ki, hazırda elektrobuslara keçid uzunmüddətli yükləmə ehtiyacını çətinləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır