NƏQLİYYAT

Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır
20 İYUN
238

Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır

2019-06-20 17:51:00

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin ixtiyarına verilir.

Bu barədə Fins.az-a BBAK-dan bildirilib.

1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq. Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq. 

Biletin bir istiqamət üzrə qiyməti 40 manat təşkil edir. Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır