NƏQLİYYAT

Azərbaycan nəqliyyat vasitələrinin idxalını artırıb
18 İYUN
197

Azərbaycan nəqliyyat vasitələrinin idxalını artırıb

2019-06-18 17:50:00

Bu ilin yanvar-may aylarında Azərbaycandan 1,06 mlrd. ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini idxal edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% artım deməkdir.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata əsasən, hesabat dövründə dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin ümumi idxalda olan payı 18,11% təşkil edib.

Məlumata əsasən, yanvar-may aylarında Azərbaycan 452 mln. dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib, bu da 35,1% artım deməkdir.

Qeyd edək ki, ötən dövr nəqliyyat vasitələri və onların hissələrinin ümumi idxalda olan payı 7,75% təşkil edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır