NƏQLİYYAT

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir
13 İYUN
104

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir

2019-06-13 17:51:00

Son iki il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 35 faiz artıb.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir bildirib ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 3 faiz, qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri-neft sənayesi 16 faizdən çox, inflyasiya 2,1 faiz artıb:

"Bizim hesablamalarımıza görə, 2019-cu ildə ümumi daxili məhsul 3,2 faiz artacaq".

Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatına 15 milyard dollardan çox investisiya qoyulub, bunlardan 8,2 milyard dolları xarici investisiyalar olub:

"Ümumilikdə müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 263 milyard dollar investisiya qoyulub ki, bunların yarısından çoxu xarici investisiyaların payına düşüb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272