NƏQLİYYAT

“BTQ dəmir yolu Gürcüstan limanları ilə rəqabət aparır”
11 İYUN
196

“BTQ dəmir yolu Gürcüstan limanları ilə rəqabət aparır”

2019-06-11 11:09:00

“Bakı-Tbilisi-Qars dəmir yolu çox yaxşı layihədir və Gürcüstanın limanları ilə rəqabət aparır”.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib.

O deyib ki, BTQ yüklərin daşınması üçün ən yaxşı yoldur: “Yüklər Türkiyə ərazisindən keçərək İstanbul və Aralıq dənizi limanlarına qədər çatdırılır”.

G.Kobulia nazir olduğu dövrdə Gürcüstanda inşa olunması planlaşdırılan Anaklia dərin dəniz limanı ilə bağlı bir sıra sualların yarandığını bildirib. O qeyd edib ki, limanın iqtisadi əsaslandırılnası ilə bağlı təhlil aparılmayıb.

Qeyd edək ki, G.Kobulia bu ilin aprelində iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsindən azad edilib. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır