NƏQLİYYAT

BNA Azərbaycan-Macarıstan oyununa gələn xarici azarkeşlərin daşınmasını təşkil edib
10 İYUN
107

BNA Azərbaycan-Macarıstan oyununa gələn xarici azarkeşlərin daşınmasını təşkil edib

2019-06-10 11:14:00

Ötən gün Ətraf Mühit Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası üçün 1000 nəfər IDEA könüllüsünün Gənclik metro stansiyasında Novxanı çimərliyi ərazisinə 24 avtobusla daşınması təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Fins.az-a verilən məlumata görə, həmçinin, Azərbaycan-Macarıstan oyununa gələn xarici azarkeşlərin stadiona daşınması və stadiondan yola salınması (İçəri şəhər-Bakcell Arena) Agentlik tərəfindən təşkil olunub.

Tədbir zamanı İçəri şəhərdən Stadiona (Qoşa Qala qapısı) 10 ədəd iritutumlu avtobus, Stadiondan isə iki istiqamətdə (Hava Limanı və İçəri şəhər) daşınmaya 22 avtobus cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269