NƏQLİYYAT

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta daşınna SƏRNİŞİNLƏRİN SAYI
07 İYUN
76

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta daşınna SƏRNİŞİNLƏRİN SAYI

2019-06-07 11:08:00

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova  bildirib ki, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb:

"Bu, həm paytaxt Bakıdan bölgələrə, həm də bölgələrdən paytaxta daşınan sərnişinlərin sayıdır. İyunun 6-da isə 15 min 620 sərnişin daşınıb. Bölgələrdən Bakıya daşınanların sayı 11 min 920 nəfər, paytaxtdan bölgələrə daşınanların sayı isə 3 min 700 nəfər olub. Gün ərzində 718 nəfər isə beynəlxalq istiqamətdə daşınıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272