NƏQLİYYAT

Bakı metrosundan istifadəçiləri SEVİNDİRƏCƏK XƏBƏR
04 İYUN
664

Bakı metrosundan istifadəçiləri SEVİNDİRƏCƏK XƏBƏR

2019-06-04 10:42:00

Bakı metropoliteninin stansiyaları üçün gətirilən 7 yeni havalandırma ventilyatorundan 2-nin quraşdırılması başa çatıb.

Bunu  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Bakıya gətirilən yeni ventilyatorlardan biri "Memar Əcəmi" stansiyasında quraşdırılıb:

"İyunun 4-də həmin ventilyator "Memar Əcəmi" stansiyasında işə salınaraq təqdimat mərasimi keçiriləcək. Gətirilən 7 ventilyatordan daha biri metronun "Qara Qarayev" stansiyasında quraşdırılıb".

B.Məmmədov bildirib ki, Bakıya gətirilən daha 5 ventilyator isə mərhələli şəkildə quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272