NƏQLİYYAT

BTQ-nin Gürcüstan hissəsi ilə 55 min tondan çox yük daşınıb
03 İYUN
142

BTQ-nin Gürcüstan hissəsi ilə 55 min tondan çox yük daşınıb

2019-06-03 17:32:00

Ötən il sentyabrın 1-dən etibarən bu günə qədər Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi ilə 1 698yük vaqonu daşınıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib.

Sənədə əsasən, Marabda-Kartsax dəmir yolu hissəsində daşınan yük vaqonlarının 711-i Azərbaycandan, 987-si isə Türkiyədən daxil olub.

Yüklərin ümumi həcmi 55 255 ton təşkil edib. Azərbaycandan nəql olunan yüklərin həcmi 23 775 ton, Türkiyədən Azərbaycana daşınan yüklərin həcmi isə 31 480 ton olub.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272