NƏQLİYYAT

Gürcüstanın Baş naziri: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük imkanlar yaradacaq”
16 MAY
208

Gürcüstanın Baş naziri: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük imkanlar yaradacaq”

2019-05-16 14:58:00

“Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”- red.) layihəsi dünya iqtisadiyyatında böyük imkanlar yaradacaq”.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Nur-Sultan şəhərində keçirilən iqtisadi forumda çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan “Bir yol, bir kəmər” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və tarixi İpək yolunun bərpası təşəbbüsünün ayrılmaz hissəsidir.

M.Baxtadze qeyd edib ki, Gürcüstanın regionun çoxprofilli mərkəzinə çevrilməsi ilə bağlı iddiaları var: “Biz biznes, kapital qoyuluşu, maliyyə, innovasiyalar, turizm, ticarət və logistika mərkəzi olmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır