NƏQLİYYAT

“Bu avtobus sürücüləri 100 manat cərmələnəcək” – BNA-dan AÇIQLAMA
15 MAY
240

“Bu avtobus sürücüləri 100 manat cərmələnəcək” – BNA-dan AÇIQLAMA

2019-05-15 18:20:00
Xəbər verdiyimiz kimi, Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı marşrut avtobusunda insident baş verib. Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib. Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin sürücünün üstünə yeriyərək onu təpikləməyə başlayıb.
Bəs, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün hansı addımlar atılmalıdır?
Fins.az xəbər verir ki, Bakı Nəqliyyat Ağentliyinin mətbuat katibi Mais Ağayev BakuPost.az bildirib ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşımada istismar edilən avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitəsidir: "Avtobusda həm sürücülərin həm də sərnişinlərin riayət etməli olduğu qaydalar var. Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etməsi ilə bağlı maarifləndirmə işləri aparır. Bu məqsədlə müxtəlif video çarxlar, çap materialları hazırlanaraq yayımlanıb. Eyni zamanda ərazidə sərnişinlərlə maarifləndirici söhbətlər aparılır. Bu işlər bundan sonra da davam etdiriləcək”.
M. Ağayev bildirib ki, avtobusu dayanacaqdan kənar saxlamaq olmaz: "Sürücü avtobusu dayanacaqdan kənar saxlayıb sərnişin mindirib-düşürərsə bu halda inzibati xətalar məcəlləsinə uyğun 100 AZN cərimə olunacaq”. 
Məsələ ilə bağlı avtobusdan istifadə edən vətəndaşların fikirlərini də öyrəndik. İnsanlaraçıq şəkildə bildirir ki, sürücülər dayanacaqdan kənar sərnişin götürür, amma sərnişin düşürmür ki, qadağandır: "Bəzi yerlərdə dayanacaqlar arasında xeyli məsafə var deyə biz əziyyət çəkirik, sürücülər istədikləri kimi hərəkət edirlər. Avtobuslarda sərnişin hüquqları yox səviyyədədir”. 
BNA-nin mətbuat katibi isə bildirir ki, dayanacaqdan kənarda sərnişin götürmək faktı olanda agentlik cəza tədbiri görür: "Əgər dayanacaqlar bir-birindən çox aralıdırsa, vətəndaşlar bizə məlumat versinlər, inanın ki, dərhal tədbir görüləcək. Dayanacaqdan kənarda sərnişin götürən sürücülər isə mütləq cəzalanacaqlar”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262